XƏBƏRLƏR



GƏNCƏDƏN XAN YAYLAĞINA İCTİMAİ NƏQLİYYAT HƏRƏKƏT EDƏCƏK

GƏNCƏDƏN XAN YAYLAĞINA İCTİMAİ NƏQLİYYAT HƏRƏKƏT EDƏCƏKMilli Yaylaq Festivalının keçiriləcək Xan Yaylağına gəlmək daha da asanlaşdı!

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin dəstəyi ilə Festival günlərində (29, 30, 31 iyul) səhər saat 08:00-dan etibarən Gəncə şəhərinin mərkəzində yerləşən Mərkəzi Univermağın qarşısından Xan Yaylağı Etno-qəsəbəsinə doğru ictimai nəqliyyat (ödənişli) hərəkət edəcəkdir.

Verilən məlumata görə gediş haqqı 1 nəfər üçün 1.50 azn nəzərdə tutulur.
#myfaz2022