TƏRƏFDAŞLAR



MİLLİ YAYLAQ FESTİVALI 2022 - SPONSORLUQ

Hədəfimiz sponsorların məhsulları və xidmətlərindən festival iştirakçılarını və festivalı bu və ya digər şəkildə izləyən geniş auditoriyanı məlumatlılığını təmin etməkdir.

Sponsorluq paketləri bizim sponsorlara aşağıdakı faydaları təmin edəcək:

— Öz brendini, şirkətini və məhsullarını bütün layihə iştirakçılarına təqdim etmək və potensial müştəri və tərəfdaşlarla görüşmək;
— Festivalın rəsmi tanıtım çarxlarında, foto və video albomlarında, müxtəlif buklet, poster və reklam vasitələrində, saytlarda, informativ güşələrdə, sosial şəbəkələrdə, tematik qrup və səhifələrdə.
— Festival keçirilən məkanda, etno-qəsəbədə və marşrut üzrə öz xidmət və məhsullarını auditoriyaya nümayiş etmək üçün istifadə etmək;
— Feativalın həyata keçirilməsi ilə bağlı müxtəlif televiziya verilişlərində şirkət loqotipinin nümayiş olunmasının və radio kanallarda şirkətin adının səsləndirilməsi imkanını əldə etmək
— Şəbəkə qurmaq və digər sponsorlarla əməkdaşlıq etmək;
— Festivalda, yarışlarda iştirakla, könüllülük, xeyriyyə vəsaiti toplamaq vasitəsilə əməkdaşları həvəsləndirmək;
— Cəmiyyətdə milli-mənəvi dəyərlərin, tarixi və mədəni irsimizin inkişafına dəstək olmaq;



BAŞ SPONSORLAR
Milli Yaylaq Festivalının “Baş Sponsoru” statusunu əldə etmək məqsədilə maraqlı tərəflər layihənin həyata keçirilməsi üçün müvafiq məbləğ (danışıqlar əsasında) ayırmalıdırlar.
“Baş Sponsor” statusuna əsasən şirkət öz loqotip və ticarət markasını layihə çərçivəsində istehsal olunacaq çap, rəqəmsal və video materiallarda yerləşdirmək hüququnu əldə edir. Baş sponsor şirkətinin loqotipi və reklam şüarı layihə çərçivəsində keçirilən açılış və bağlanma mərasimlərdə, habelə layihəyə dəstəyin qazanılması ilə əlaqədar təşkil olunan tədbirlərdə nümayiş olunacaq. Baş sponsor nəzərə almalıdır ki, layihə üzrə tədbirlər zamanı digər şirkətlər haqqında reklamyönlü məlumatlar da səsləndirilə/yerləşdirilə bilər.

Həyata keçiriləcək layihənin mövzusu və formatından asılı olaraq, “Baş Sponsor” aşağıda göstərilən imtiyazlardan yararlana bilər:

* “Layihənin Baş Sponsoru” statusunun əldə edilməsi
* “Layihənin Baş Sponsoru” statusun və şirkət loqotipinin paylanılacaq dəvətnamələrdə və məlumat materiallarda əks olunması
* Şirkət nümayəndələrinin layihənin açılış və bağlanma mərasimlərində iştirak hüququ
* Layihənin açılış və bağlanma mərasimlərində şirkət nümayəndəsinin çıxış etmək hüququ
* Layihənin həyata keçirilməsi ilə bağlı yayılacaq çap materiallarda şirkət loqotipinin və şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
* Layihənin həyata keçirilməsi ilə bağlı müxtəlif televiziya verilişlərində şirkət loqotipinin nümayiş olunması və radio kanallarda adının səsləndirilməsi
* Şirkət loqotipinin Milli Yaylaq Festivalının rəsmi veb-səhifəsində yerləşdirilməsi
* Şirkət loqotipinin  Facebook və digər sosial şəbəkələrdə Milli Yaylaq Festivalının rəsmi səhifələrində, müxtəlif qruplarda və tərəfdaş səhifələrdə yerləşdirilməsi
* Şirkət loqotipinin reklam lövhələrində (bilbordlarda) və digər zahiri reklam daşıyıcıların üzərində yerləşdirilməsi
* Layihənin ilə bağlı rəsmi təqdimatlarda, foto-albomlarda, video-çarxlarda və digər reklam materiallarında şirkətin loqotipinin və onun haqqında qısa məlumatın yerləşdirilməsi
* Şirkət loqotipinin layihənin jurnalında layihə ilə bağlı çap olunacaq reklam elanlarda yerləşdirilməsi
* Şirkət stendlərinin, rol-aplarının və digər reklam daşıyıcıların layihənin açılış və bağlanma mərasimləri zamanı yerləşdirilməsi
* Şirkət rol-aplarının, stendlərinin və digər reklam daşıyıcıların layihə çərçivəsində təşkil olunacaq məkanlarda və sərgilərdə nümayiş olunması
* Layihə ilə bağlı kütləvi informasiya vasitələrində yerləşdiriləcək məlumatda şirkətin adının çəkilməsi
* Layihə təşkilatçıları tərəfindən Baş sponsora xüsusi minnətdarlığın bildirilməsi, o cümlədən layihənin açılış və bağlanma mərasimlərində şirkətin reklam şüarının səsləndirilməsi 
 
Bundan əlavə, Baş Sponsor özünün istehsal etdiyi xəbərlər buraxılışlarında, korporativ veb-səhifəsində, müştərilərə və işçilərə göndərilən məktublarda, şirkətin illik hesabatlarında və korporativ təqdimat mərasimlərində layihənin dəstəklənməsi haqqında məlumatı əks etdirə bilər.
Layihə üzrə 2 Baş Sponsorun cəlb edilməsi nəzərdə tutulub.



RƏSMİ SPONSOR
"Rəsmi Sponsor" statusunu əldə etmək üçün, maraqlı şirkət layihənin həyata keçirilməsi üçün üçün müvafiq məbləğ (danışıqlar əsasında) vəsait ödəməlidir.

Həyata keçiriləcək layihənin mövzusundan və xüsusiyyətlərindən asılı olaraq, "Rəsmi Sponsor" aşağıda göstərilən imtiyazlardan yararlana bilər:

* "Layihənin Rəsmi Sponsoru" statusunun əldə edilməsi
* "Layihənin Rəsmi Sponsoru" statusun və şirkət loqotipinin paylanılacaq dəvətnamələrdə və məlumat materiallarda əks olunması
* Layihənin həyata keçirilməsi ilə bağlı yayılacaq çap materiallarda şirkət loqotipinin və şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
* Şirkət loqotipinin Milli Yaylaq Festivalının rəsmi veb-səhifəsində yerləşdirilməsi
* Şirkət loqotipinin Milli Yaylaq Festivalının Facebook səhifəsində yerləşdirilməsi
* Şirkət loqotipinin reklam lövhələrində (bilbordlarda) və digər zahiri reklam daşıyıcılarının üzərində yerləşdirilməsi
* Şirkət loqotipinin "GƏNCƏ" jurnalında layihə ilə bağlı çap olunacaq reklam elanlarda yerləşdirilməsi
* Layihə təşkilatçıları tərəfindən layihənin açılış və bağlanma mərasimlərində rəsmi sponsora ümumi minnətdarlığın bildirilməsi

Bundan başqa, "Rəsmi Sponsor" özünün istehsal etdiyi xəbərlər buraxılışlarında, korporativ veb-səhifəsində, müştərilərə və işçilərə göndərilən məktublarda, şirkətin illik hesabatlarında və korporativ təqdimat mərasimlərində layihənin dəstəklənməsi haqqında məlumatı əks etdirə bilər. Bu cür tədbirlərdə və çap materiallarda yerləşdiriləcək məlumat öncədən Milli Yaylaq Festivalının nümayəndəsi ilə razılaşdırılmalıdır.




TEXNİKİ SPONSOR
“Texniki Sponsor” statusunu əldə edən şirkət layihənin həyata keçirilməsi üçün maliyyə dəstəyi əvəzinə texniki xidmətlər göstərməklə məşğuldur.
Texniki dəstək dedikdə, telekommunikasiya, media, logistika, nəqliyyat və bu kimi xidmətlər nəzərdə tutulur.
Əgər hər hansı şirkət “Texniki Sponsor” statusunu əldə etmiş olur, o zaman, şirkətin ixtisaslaşmasından və göstərdiyi xidmətlərdən asılı olaraq, şirkətə veriləcək imtiyazlar fərdi danışıqlar əsasında müəyyənləşdirilir.


Ümumi sonsorluq paketləri ilə bağlı bağlı suallarınız, təklifləriniz və müraciətiniz mövcuddursa aşağıdakı əlaqə vasitələrindən müraciət edə bilərsiniz:
mail: sponsorluq@myf.az
Telefon: (+994 99) 565 20 20