XƏBƏRLƏR



GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ MİLLİ YAYLAQ FESTİVALININ ƏN ƏSASLI TƏRƏFDAŞIDIR

Fəaliyyətimizə üçüncü dəfədir əsaslı dəstək olduğu üçün Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinə və şəxsən cənab Fərid Qayıbova səmimi təşəkkürümüzü bildiririk!

4-cü Milli Yaylaq Festivalının keçirildiyi “Xan Yurdu” etno-qəsəbəsi ərazisində AZE - İdman, “Şahinlər” və “Sağlam Həyat” sahəsinin qurulması, eləcə də xarici qonaqların və yerli iştirakçıların qatılması məhz nazirliyin xətti ilə həyata keçirilir.

Qeyd edək ki, Gənclər və İdman nazirliyi Milli Yaylaq Festivalının ən əsaslı tərəfdaşıdır.
#myfaz2025 #Gənclərİdman

GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ MİLLİ YAYLAQ FESTİVALININ ƏN ƏSASLI TƏRƏFDAŞIDIR