XƏBƏRLƏR



DƏYƏRLİ HƏMVƏTƏNLƏR - MİLLİ YAYLAQ FESTİVALINA GİRİŞ TAM SƏRBƏST VƏ ÖDƏNİŞSİZDİR

Dəyərli həmvətənlər!
Nəzərinizə çatdırmaq istəyirik ki, 4-cü Milli Yaylaq Festivalının keçirildiyi Xan Yurdu Etnoqəsəbəsinə giriş tam sərbəst və ödənişsizdir.
Son günlər bəzi turizm şirkətləri Festivalının keçirildiyi Xan Yurdu Etnoqəsəbəsinə ödənişli turlar təklif edir. Bu isə bir çox insanlarda yanlış təsəvvür yaradıb.
Rəsmi olaraq bildiririk ki:
Milli Yaylaq Festivalına giriş TAM SƏRBƏST və ÖDƏNİŞSİZDİR.
İstəyən hər kəs birbaşa öz şəxsi avtomobili, ictimai nəqliyyat və ya istədiyi vasitə ilə Xan Yurdu Etnoqəsəbəyə gələ bilər.
Tur şirkətlərinin təklif etdiyi ödəniş yalnız onların təşkil etdiyi xidmət paketlərinə aiddir, festivala girişə yox!
Gəlin, birlikdə yaylaq ruhunu yaşayaq!
15–17 avqust 2025
Xan Yurdu, Göygöl

DƏYƏRLİ HƏMVƏTƏNLƏR - MİLLİ YAYLAQ FESTİVALINA GİRİŞ TAM SƏRBƏST VƏ ÖDƏNİŞSİZDİR