XƏBƏRLƏR



"ÖZ YURDUNU QUR" ÜÇÜN QEYDİYYAT YENİDƏN BAŞLADI!

"ÖZ YURDUNU QUR" ÜÇÜN QEYDİYYAT YENİDƏN BAŞLADI! Milli Yaylaq Festivalında "Öz Yurdunu Qur" – Özünü Evində Hiss Et! Təbiətin qoynunda, Xan Yaylağının əsrarəngiz ab-havasında yaşamağa hazırsan?

Festivala olan böyük marağı və kampinq həvəskarlarının yüksək tələbatını nəzərə alaraq, «Xan Yurdu» etnoqəsəbəsi ərazisində "Öz Yurdunu Qur" zonasına qeydiyyatı açıq elan edirik! Təbiət aşiqləri, macəra ovçuları və çadır həyatını özünə doğma bilənlər – bu fürsəti qaçırmayın!


Addım-addım Qeydiyyat
1. Aşağıdakı formu dolduraraq qeydiyyatdan keç
2. Müqaviləni imzala: "Yurddaş" qaydaları ilə tanış ol və təsdiqlə.
3. Yerini tut: Xan Yaylağında öz məkanını müəyyənləşdir!

Biz nə təklif edirik?
* Şəxsi məkan: Çadırınız üçün 16 kv.m sahə.
* Nəqliyyat rahatlığı: Əraziyə xüsusi giriş və 1 ədəd parkinq yeri.
* Təhlükəsizlik: 24/7 mühafizə olunan düşərgə.
* Komfort: Ərazinin işıqlandırması və 24 saat fəaliyyət göstərən sanitar qovşaqlar (WC).
* Yaylaq atmosferi: Xüsusi tonqal yerləri.
* Təmizlik: Düşərgə zonasında xüsusi zibil konteynerləri.
* Sərbəst giriş: Festivalın bütün şənlik və proqramlarına limitsiz giriş.

Vacib tarixlər
Qeydiyyatın son günü: 22 iyul, saat 23:59
Düşərgə müddəti: 23-27 iyul (5 gün)

Qeyd: Düşərgəni festivaldan 1 gün əvvəl qura, tədbir bitdikdən 1 gün sonra isə yekunlaşdıra bilərsiniz.

Xan Yaylağında öz yurdunuzu qurmağa hazırsınız? Elə indi qeydiyyatdan keçin və bu möhtəşəm təcrübənin bir parçası olun!

Ətraflı məlumat üçün:
(+994 55) 352 25 20


QEYDİYYAT FORMU

TƏŞKİLATÇILAR
ƏSASLI DƏSTƏK
RƏSMİ TƏRƏFDAŞ
RƏSMİ SPONSOR