XƏBƏRLƏR



HACIKƏND XAN YAYLAĞINDA ÖZ YURDUNUZU QURUN!

Milli Yaylaq Festivalı 2022 - Öz Yurdunu Qur!Milli Yaylaq Festivalı 2022 - Öz Yurdunu Qur!Qədimdən yaz aylarından başlayaraq yaylağa hazırlıq görülər, ailələr yaylağa köç üçün tədarük edər, xüsusi hazırlıqlar edərdilər. İsti yay aylarında ata-babalarımız öz ənənəvi yaylaqlarına üz tutardılar. 

Sərin dağ yaylaqlarının geniş və bərəkətli subalp çəmənliklərində yurdlar, dəyələr qurub ailəlikcə yaşayıb, dincələrdilər. 

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən “II MİLLİ YAYLAQ FESTİVALI” çərçivəsində bu qədim ənənəni siz də yaşaya bilərsiniz.
Göygöl rayonunun əsrarəngiz Sarıyal nahiyəsində yerləşən Xan Yaylağında siz də öz yurdunuzu qurmaq istəyirsinizsə, bizə müraciət edin.

Artıq bütün ellər Göygölün ərazisində, əsrarəngiz Sarıyal nahiyəsinin Xan Yaylağına köç etməyə başlayıblar. Əgər siz də Hacıkənd Xan Yaylağında öz yurdunuzu qurmaq istəyirsinizsə bizə müraciət edin.

"Öz Yurdunu Qur" düşərgəsində yerləşmə müddəti 28 iyuldan - 1 avqusta qədər nəzərdə tutulub. (5 gün)


Qeydiyyat üçün:
http://myf.az/yurd.html

Ətraflı məlumat üçün:
(+994 99) 565 20 20