XƏBƏRLƏR

XAN YAYLAĞINI RƏSMİ QONAQLAR ZİYARƏT EDİBLƏR

“II Milli Yaylaq Festivalı”na hazırlıqlarla tanış olmaq üçün Millət Vəkili Müşviq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Səməd Tomuyev, Dövlət Turizm Agentliyinin Regional qurumunun rəhbəri Zaur Bayramov, Gəncə Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev və qardaş Türkiyənin Gəncədə Baş Konsulu Zəki Öztürk bu gün Xan Yaylağını ziyarət ediblər.

Festivalın təşkilat komandasının üzvləri Müzadil Həsənov, Elçin Bayram və Mobil Qarayev fəxri qonaqları ərazi ilə tanış edib, aparılan və hazırlanan işlər haqqında ətraflı məlumat veriblər.

Fəxri qonaqlar tədbirlə bağlı maraqlı təkliflərlə çıxış ediblər və bu mövzuda faydalı fikir mübadiləsi aparılıb. Nəticə etibarı ilə yerli səviyyədə işin effektiv koordinasiyası üçün “II Milli Yaylaq Festivalı”nın Gəncə Regional Təşkilat komitəsinin yaradılması məqsədəuyğun hesab edilib.

Dəyərli insanlara və təmsil etdikləri qurumlara dəstək və tərəfdaşlıqları üçün səmimi təşəkkürümüzü bildiririk!
XAN YAYLAĞINI RƏSMİ QONAQLAR ZİYARƏT EDİBLƏRXAN YAYLAĞINI RƏSMİ QONAQLAR ZİYARƏT EDİBLƏRXAN YAYLAĞINI RƏSMİ QONAQLAR ZİYARƏT EDİBLƏRXAN YAYLAĞINI RƏSMİ QONAQLAR ZİYARƏT EDİBLƏR