İlk “Milli Yaylaq Festivalı” 2019-cu il 26-28 iyul tarixlərində Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağı ərazisində keçirilmişdir.
«I Milli Yaylaq Festivalı» “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, “Türk İşbirliyi və Koordinasiya Agentliyinin”(TİKA) dəstəyi, Gədəbəy rayon İcra Hakimiyyəti, Dünya Etnoidman Konfederasiyası, Mədəniyyət Nazirliyi, Kənd Təsərrufatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası (ARAF) və Kap.az-Fərqli Turizm MMC-nin rəsmi tərəfdaşlığı ilə baş tutmuşdur.
İlk Milli Yaylaq Festivalına xarici media nümayəndələri də daxil olmaqla, 16 ölkəni təmsil edən 100-dən çox əcnəbi mütəxəssis və iştirakçı qatılmışdır.
Üç gün ərzində el şənliyi şəklində keçirilən «I Milli Yaylaq Festivalı»nı ölkənin bir çox bölgələrindən və xaricdən gələn 50 mindən çox qonaq ziyarət etmişdir.
Bir neçə yerli və xarici televiziya kanalları festivaldan canlı yayınlar etmiş və çoxsaylı çəkilişlər edərək yayınlamışdır.
Məhdud imkanlar çərçivəsində və olduqca qısa müddət ərzində təşkil olunmasına baxmayaraq ilk Milli Yaylaq Festivalı həm ölkə ərazisində, həm də ölkədən kənarda olduqca xoş əks-sada doğurmağı bacarmışdı.

EN
RU