"IV Milli Yaylaq Festivalı" 15-17 avqust 2025-ci il tarixində “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əsaslı dəstəyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra hakimiyyəti, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər Halqası ƏŞ, “Kap.az”-Fərqli turizm və KOBİA-nin tərəfdaşlığı ilə keçirilib.
“Xan Yurdu” etnoqəsəbəsində baş tutan «IV Milli Yaylaq Festivalı»nın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, tərəfdaş qurumlarım məsul şəxsləri, rəsmilər, ölkənin ictimai və mədəniyyət sahəsinin nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak ediblər.
Vətəndaşların böyük marağına səbəb olan “IV Milli Yaylaq Festivalı” üç gün ərzində iki yüz minə yaxın ziyarətçi qəbul edib və yüzlərlə yerli iştirakçılarla yanaşı müxtəlif ölkələrdən dəvət olunan 200 nəfərə yaxın musiqiçi, idmançı və rəsmi qonaqlar da bu günlərdə «Xan Yurdu»nda əsl el şənliyinin bayram ab-havasını yaşayıblar.

EN
RU