XƏBƏRLƏR

QEYDİYYAT FORMU



MEDİA AKKREDİTASİYA - MİLLİ YAYLAQ FESTİVALI

Media nümayəndələrinin nəzərinə: II Milli Yaylaq Festivalı Akkreditasiya müddəti və şərtləri

II Milli Yaylaq Festivalı üçün media nümayəndələrinə akkreditasiyanın verilməsi aşağıdakı yolla həyata keçirilir.

Festivala akkreditasiyanı sadəcə rəsmi qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.


1. Qeydiyyatdan keçmək üçün Media qeydiyyat vəsiqəsinin surətini və şəxsi fotosunu (həcmi 0.5 MB az olmayan) aşağıdakı formaya əlavə edilməlidir.
2. Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. Mətbu orqan qeydiyyatı olanlar “PRESS” qeydiyyatı ilə yanaşı “FOTO” akkreditəsi də əldə edə bilərlər. Qeydiyyatı olmayan fotoqraflar isə “FOTO” akkreditəsi əldə etmək üçün iş vəsiqəsi və şəxsi fotosunu göndərməlidir.
3. Qeydiyyat zamanı yerlərin məhdud olduğunu nəzərə alaraq, rəsmi qeydiyyatdan keçən media mənsublarına üstünlük veriləcək.
4. Göndərdiyiniz emaildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız.
5. Akkreditasiyaların verilmə tarixi və yeri haqda məlumat veriləcək.

Diqqətinizə xüsusilə çatdırmaq istərdik ki, akkreditasiya üçün qeydiyyat 26 iyul 2022-ci il tarixində saat 22:00-da bitəcək.

Milli Yaylaq Festivalı təşkilat komitəsi olaraq Sizi, festivalımızı işıqlandırmağa dəvət edirik!

QEYDİYYAT BİTMİŞDİR